Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ahıllar üçün rəngarəng konsert proqramı təşkil olunub

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində konsert proqramı təşkil edib.
AZƏRTAC xəbər verir ki, insanları sülhə, paylaşıma və xoş ünsiyyətə səsləyən Qurban bayramını ahıllarla keçirmək, onları sevindirmək məqsədi daşıyan tədbirdə tanınmış müğənnilər rəngarəng musiqi nömrələri təqdim ediblər.
Nəğməli-musiqili bayram tədbiri tamaşaçılara xoş ovqat bəxş etməklə yanaşı, onların zövqünü oxşayıb.

 

Mədəniyyət 2019-08-14 16:30:00