Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dəmir yolunun Biləcəri stansiyasında post növbətçisi qəza nəticəsində dünyasını dəyişib

Bakı, 14 avqust, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.
AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinə istinadla xəbər verir ki, avqustun 14-də səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hadisə 2019-08-14 16:27:00