Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəkidə taxıl sahəsində yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 14 avqust, AZƏRTAC 

Avqustun 12-də saat 21 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.
Yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Hadisə 2019-08-14 16:22:00