Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lerikdə yol-nəqliyyat hadisəsində üç nəfər yaralanıb

Lerik, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Lerikə istirahətə gələn Bakı sakininin avtomobili dərəyə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb.
Yol-nəqliyyat hadisəsi zamanı sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan sürücü xəstəxananın reanimasiya, sərnişinlər isə travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2019-08-14 16:21:00