×
A
A
A
Sazlamalar

Yeddi ayda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Bakı, 14 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 974 olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 800-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1943-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Nəqliyyat 2019-08-14 16:11:00