Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu il Şəkinin üzüm bağlarından 4 min tondan çox məhsul yığılması planlaşdırılır

Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur. Tezliklə texniki sortların da yığımına başlanılacaq. Məhsul istehsalçıları ilk günlər bağlardan 90 tonadək üzüm yığıblar. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda 301 hektar barverən üzüm bağı var. Builki mövsümdə Şəkinin üzüm bağlarından 4 min tondan çox məhsul yığılması planlaşdırılır. Ötən il rayonda 4176 ton üzüm istehsal olunub.

Kənd təsərrüfatı 2019-08-14 15:57:00