Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kiyevin “Dinamo” klubunun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb

Kiyev, 14 avqust, AZƏRTAC
Kiyevin “Dinamo” futbol klubunun baş məşqçisi Aleksandr Xatskeviç vəzifəsindən uzaqlaşdırılıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Dinamo” Xatskeviçlə əməkdaşlığa son qoyub və bütün məşqçilər korpusu vəzifələrindən azad edilib.
Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” Kiyev iki oyunun hesabına görə, “Brüqqe” klubuna uduzaraq mübarizəni dayandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İdman 2019-08-14 15:41:00