Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır

Bakı, 14 avqust, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementləri tədqiq edilib, iqlim ölçmələri aparılıb. Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

Elm və təhsil 2019-08-14 15:37:00