Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tovuzda bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb

Bakı, 14 avqust, AZƏRTAC 

Cari ilin fevral-may aylarında Tovuz rayonu ərazisində bir neçə evdən oğurluq edən şəxslər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-08-14 15:28:00