Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sevilya”nın hücumçusu “Monako”ya transfer olub

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Sevilya” klubunun hücumçusu Vissam Ben-Yedder Fransanın “Monako” komandasına transfer olub.
AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, fransız futbolçu üçün “Monako” 40 milyon avro ödəyib. Ben-Yedder ilə beşillik müqavilə imzalanıb.
Ötən mövsüm “Sevilya”nın heyətində İspaniya La Liqasında uğurlu çıxış edən fransız futbolçu 35 oyunda 18 qol vurub.

 

İdman 2019-08-14 15:23:00