Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ADNSU: Yeni metodik vəsait çapdan çıxıb

Bakı, 14 avqust, AZƏRTAC 

“Süxurların partlayışla dağıdılması fənnindən laboratoriya işləri və məşğələ dərsləri” adlı metodik vəsait çapdan çıxıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin alimlərinin yeni kitabında laboratoriya işlərində partlayıcı maddələrin sınanması, partlatma vasitələri və üsulları, onların sxemləri şərh olunur.
Metodik vəsaitdə süxurların partlayışla dağıdılması fənni üzrə 17 laboratoriya işi və dərsi öz əksini tapıb.
Nəşr tələbə və tədqiqatçılar üçün nəzərdə tutulur.

Elm və təhsil 2019-08-14 15:16:00