Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeddi ayda Gömrük Komitəsi dövlət büdcəsinə 2,4 milyard manatdan çox vəsait köçürüb

Bakı, 14 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 478 milyon 555 min manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 596 milyon 928 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 693 milyon 276 min manat, aksizlər üzrə 162 milyon 447 min manat, yol vergisi üzrə isə 25 milyon 903 min manat təşkil edib.

 

İqtisadiyyat 2019-08-14 14:56:00