Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 min 609 namizəd iştirak edib, onlardan 14 min 3 namizəd elektron ərizəsini təsdiqləyib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlanır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Elm və təhsil 2019-08-14 14:52:00