Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sehrli Bakı” layihəsi çərçivəsində ilk konsert təşkil olunub

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Sehrli Bakı” layihəsi çərçivəsində ilk konsert Fəvvarələr meydanında keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə “Azəri atəşi” rəqs ansamblının “Azərbaycan” rəqsi, “Stop” qrupunun “Aşiqəm”, “Yanağı qəmzəli” mahnıları tamaşaçıların zövqünü oxşayıb.
Tanınmış müğənnilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər hər həftəsonu keçirilməklə sentyabrın sonunadək davam edəcək.

Mədəniyyət 2019-08-14 14:39:00