×
A
A
A
Sazlamalar

® “Azercell” Beynəlxalq İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

Azərbaycanın lider mobil operatoru “Azercell”in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi avqustun 4-dən 11-dək Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası iştirakçıların qızğın mübarizəsindən sonra başa çatıb.
Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı Olimpiadanın qalibləri avqustun 10-da Heydər Əliyev Mərkəzində keçirilən rəsmi bağlanış mərasimində açıqlanıb.
Birinci yerin sahibi ABŞ təmsilçisi Benjamin Qi, ikinci yerin sahibi rusiyalı İldar Gainullin, üçüncü yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub.
Qeyd edək ki, Benjamin Qi ötən il Yaponiyanın Tsukuba şəhərində keçirilən olimpiadanın da qalibi olub. Azərbaycanı təmsil edən iştirakçılara gəlincə, Murad Eynizadə və Abutalıb Namazov ən yaxşı göstəricilər nümayiş etdirərək 232 reytinq xalı ilə Olimpiada cədvəlində öz yerlərini tutublar. Rəsmi mərasimə “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri qatılıb, qalibləri təntənəli şəkildə medalla təltif ediblər.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində “Acer” şirkəti və İstedad Sponsoru qismində “PAŞA Bank” çıxış edib. Xatırladaq ki, 2017-ci ildən etibarən “Azercell” şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, “Azercell” şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edib.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

İKT 2019-08-14 14:17:00