Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan və Gürcüstan QHT-ləri Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Tbilisi, 14 avqust, AZƏRTAC

“Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təsisçiləri - istefada olan polis general-mayoru Kamil Məmmədov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynov Tbilisidə səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan və Gürcüstanın QHT-ləri arasında əməkdaşlığı gücləndirmək, qonşu ölkə siyasətçilərinin Cənubi Qafqazdakı proseslərə münasibətini öyrənmək və birgə fikir mübadiləsi aparmaqdır.
K.Məmmədov və R.Hüseynov avqustun 15-də Tbilisidəki “Vere Palas” otelində birgə mətbuat konfransı keçirəcək, Cənubi Qafqazdakı milli münaqişələr və onların həlli yollarına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə və təxribat xarakterli bəyanatlarına münasibət bildirəcəklər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-08-14 13:35:00