Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 118 nəfər saxlanılıb

İstanbul, 14 avqust, AZƏRTAC
Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 118 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlar vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.
Saxlanılanlar arasında uşaqlar və qadınlar da var.
Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-08-14 13:34:00