Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avstraliya və Yeni Zelandiyada narkotik vasitə qaçaqmalçıları həbs edilib

Bakı, 14 avqust, AZƏRTAC

Avstraliya və Yeni Zelandiyaya narkotik vasitələri daşıyan şəbəkə çökdürülüb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və ofisi Londonda yerləşən nəhəng cinayətkar sindikatın həbs edilmiş 6 üzvündən 90 milyon dollar dəyərində narkotik vasitə götürülüb. Avstraliya və Yeni Zelandiyanın polis təşkilatları bu şəbəkəyə qarşı əməliyyatları razılaşdırılmış şəkildə iki ölkənin aeroportlarında həyata keçiriblər. Həbs edilənlərdən dördünün Böyük Britaniya vətəndaşı olduğu bildirilir.
BBC-nin məlumatına görə, əsas əməliyyat Quinslend ştatında aparılıb. Yerli polisin bildirdiyinə görə, burada 12 milyon kapsul ekstaz həbləri aşkar edilib. Qeyd olunur ki, bu Avstraliyanın tarixində ələ keçirilən üçüncü ən böyük narkotik vasitə partiyasıdır. Britaniya vətəndaşları ilə yanaşı, biri qadın olmaqla, iki Avstraliya vətəndaşı da həbs edilib. Ekstaz həbləri ilə yanaşı, cinayətkar şəbəkənin üzvlərindən metamfetamin adlı narkotik vasitə də götürülüb.

 

Dünya 2019-08-14 12:55:00