Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvanda hərbi hissələrə 10 ton üzüm və 1,5 ton alma təhvil verilib

Naxçıvan, 14 avqust, AZƏRTAC

Qurban bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin adından Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən üzümçülük təsərrüfatında yetişdirilən 10 ton üzüm və 1,5 ton alma Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edib, ordumuzun qüdrətindən, xalq-ordu birliyindən danışıb.
“Bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində muxtar respublikada xalqla ordu arasında yaranmış qarşılıqlı inam və birlik isə ordu quruculuğu sahəsində yeni nailiyyətlərə aparır”, – deyən Səhət Həbibbəyli vurğulayıb ki, Naxçıvan əhalisinin, idarə və təşkilatların əlamətdar günlərdə, bayramlarda əsgərlərimizi heç vaxt yaddan çıxarmaması, onlara hər cür mənəvi dəstək verməsi artıq ənənə halını alıb.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov bildirib ki, bu gün muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Bayramlar münasibətilə hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır.
Çıxış edənlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonra gətirilən məhsulları hərbi hissələrə təhvil verilib.

 

Regionlar 2019-08-14 12:33:00