Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kürdəmirin 3 kənd məktəbi üçün modul tipli yeni binalar inşa olunub

Kürdəmir, 14 avqust, AZƏRTAC

Kürdəmir rayonunun Bağman, Öyləqulu və Təklə kəndlərində məktəblər üçün modul tipli yeni binalarda tikinti-quraşdırma işləri başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər 3 tədris ocağı Təhsil Nazirliyindən ayrılan vəsait hesabına tikilib. Məktəblərin hər biri 80 şagird yerlikdir. Bağman kəndində tam orta, digər iki kənddə isə ümumi orta məktəblər fəaliyyət göstərəcək.
Hazırda təhsil ocaqlarının həyətlərində abadlıq işləri aparılır.
Qeyd edək ki, yeni dərs ilinə hazırlıq çərçivəsində Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbinin binasında da əsaslı təmir işləri aparılır. Təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir.

Regionlar 2019-08-14 12:22:00