Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun hakim təyinatları müəyyənləşib

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 14-də Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyunları üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun oyunları dörd günü əhatə edəcək.
Avqustun 16-da “Dalğa Arena”da “Keşlə” – “Qarabağ” qarşılaşmasını Orxan Məmmədov idarə edəcək.
Avqustun 17-də Qəbələ şəhər stadionunda “Qəbələ” – “Sumqayıt” matçına əsas referi Vüqar Həsənli təyin olunub.
Bir gün sonra “Səbail” – “Zirə” oyununa Rəvan Həmzəzadə təyinat alıb.
Turun sonuncu görüşü “Neftçi” – “Sabah” qarşılaşmasında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, “Keşlə” – “Qarabağ” və “Qəbələ” – “Sumqayıt” oyunu saat 19:00-da, “Səbail” – “Zirə”, “Neftçi”- “Sabah” qarşılaşması isə saat 20:00-da başlayacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

İdman 2019-08-14 12:20:00