Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mədəniyyət Mərkəzinin kollektivi Qurban bayramı münasibətilə konsert proqramı ilə çıxış edib

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi Qurban bayramı ilə əlaqədar “N” saylı hərbi hissədə konsert proqramı təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert proqramında sevimli gənc müğənnilərin rəngarəng çıxışları hamıya xoş təəssürat bağışlayıb.
Sonda hərbi hissənin komandiri tərəfindən Mədəniyyət Mərkəzinin kollektivi fəxri fərmanlarla təltif olunub.

Mədəniyyət 2019-08-14 11:54:00