Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə bu günədək 28 nəfər uğur qazanıb

Bakı, 14 avqust, AZƏRTAC 

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Avqustun 14-ü saat 11:40-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28-i müxtəlif vəzifələrə uyğun bilinib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Elm və təhsil 2019-08-14 11:47:00