Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək

Bakı, 14 avqust, AZƏRTAC

Rusiyanın Dövlət Tarix Muzeyi fransız sərkərdəsi və imperatoru Napoleon Bonapartın 250 illik yubileyi münasibətilə altı avtoqrafını nümayiş etdirəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, muzeydə həmçinin imperator tərəfindən yazılan “Klisson və Ejeni” əsərini də görmək olar.
Qeyd edək ki, Boradin döyüşündən məğlub olan ruslar Moskvanı tərk etməli olurlar. İki həftədən sonra isə fransız ordusu müqavimət görmədən şəhərə girir.
Napoleon Moskvada olarkən sərəncam və göstərişlər imzalayırdı. Onun imzaladığı sənədlər haqda məlumatı qraf Montolonun saxladığı yaddaş dəftərində oxumaq olar.
Napoleon Bonapart imperator adı alandan sonra sənədlərdə “Napoleon”, qətnamələrdə isə “N” kimi imza atırdı.

Mədəniyyət 2019-08-14 11:51:00