Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA “Dinamo-Tbilisi” ilə bağlı qərarını dəyişməyib

Tbilisi, 14 avqust, AZƏRTAC

UEFA-nın İntizam Komitəsi Gürcüstanın “Dinamo-Tbilisi” komandasının apellyasiya şikayətini təmin etməyib və qərarını qüvvədə saxlayıb.
AZƏRTAC xəbər verir ki, UEFA-nın qərarı ilə “Dinamo-Tbilisi” Hollandiyanın “Feyenoord” komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək. Qurumun digər qərarı ilə “Dinamo” 50 min avro cərimə olunub. Buna səbəb Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ” ilə cavab görüşü zamanı "Dinamo" azarkeşlərinin irqçi davranışları göstərilib. Bundan başqa, “Feyenoord”la oyun zamanı Boris Payçadze adına “Dinamo” stadionunda “#EqualGame” banneri asılmalıdır.
Oyun avqustun 15-də “Dinamo-Arena” stadionunda keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2019-08-14 11:28:00