Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fransa – Azərbaycan oyununun vaxtı müəyyənləşib

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.

İdman 2019-08-14 11:07:00