Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeddi ayda 179 bina qazlaşdırılıb

Bakı, 14 avqust, AZƏRTAC

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 19 fevral tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İB bu fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu ilin avqustun əvvəlinə qədər 179 bina üzrə 11 min 786 mənzil, təkcə iyulda isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub. Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

Neft - qaz 2019-08-14 10:54:00