Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə təhlükəsizlik qüvvələrinin zərərsizləşdirdiyi iki təhlükəli terrorçunun kimliyi məlum olub

Ankara, 14 avqust, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Bitlisdə iyulun 24-də həyata keçirilən antiterror əməliyyatında məhv edilən dörd terrorçunun şəxsiyyəti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bunlardan ikisi Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən haqlarında axtarış elan olunan PKK/KCK terror təşkilatlarının aparıcı simaları “Özgür Ruh” ləqəbli Eyyüp Çeçan və “Agit Yaman” ləqəbli Mustafa Yamandır.
Türkiyə hökuməti bu terrorçuların hər birinin ələ keçirilməsi üçün 300 min lirə (təxminən 55 min ABŞ dolları) vəsait ayırmışdı.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-14 00:14:00