Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub

Bişkek, 13 avqust, АZƏRTAC 

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib.
O deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.
Xatırladırıq ki, sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-08-13 22:39:00