Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb

Hacıqabul, 13 avqust, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-08-13 15:32:00