Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağcabədidə tikinti-quruculuq işləri davam etdirilir

Ağcabədi, 13 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunda tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Rayonda yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospekti və Vaqif küçəsində üç ədəd çoxmənzilli yaşayış binası təmir olunub. Hazırda Ağcabədi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN xidmət” mərkəzinin, Salmanbəyli kəndində 432 şagird yerlik, Qaradolaq kəndində 264 şagird yerlik məktəb binalarının, Hüsülü kəndi ərazisində dənli bitki toxumlarının emalı müəssisəsinin, Boyat-Biləyən-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. Bu obyektlərdə tikinti işləri tezliklə başa çatdırılacaq.
Bundan başqa, Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və Xəlfərəddin küçələrində də abadlıq işləri davam etdirilir.

Regionlar 2019-08-13 14:59:00