×
A
A
A
Sazlamalar

Son beş gündə regionlardan Bakıya avtobusla 12 min 640 sərnişin daşınıb

Bakı, 13 avqust, Elvin Camalov, AZƏRTAC

Son beş gündə regionlardan Bakıya avtobusla 12 min 640 sərnişin səfər edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 13-nə qədər Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən, ümumilikdə, 72 min 922 sərnişin daşınıb.
Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə olunub. Regionlardan paytaxta təkcə avqustun 12-də avtobusla 7990 sərnişin yola salınıb.

Nəqliyyat 2019-08-13 11:43:00