Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qurban bayramı münasibətilə Azərbaycanın məscidlərində bayram namazı qılınıb

Bakı, 12 avqust, AZƏRTAC 

Qurban bayramı münasibətilə avqustun 12-də Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının Təzəpir məscidində saat 08:00-dan etibarən bayram namazı qılınıb.
Yüz minlərlə insan məscidlərə axışaraq bayram namazı qılıb, dualar edib və Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dualar edilib.

Din 2019-08-12 10:31:00