Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yay düşərgəsi: Moda üzrə ustad dərsləri

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-dən 16-dək “YARAT” Müasir İncəsənət Məkanında 8-12 yaşlı yaradıcı uşaqlar üçün yay düşərgəsi təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, düşərgədə uşaqlar gələcəyin uğurlu modelyerlərini, rusiyalı rəssam Taus Maxaçevanın "Şarivari" və Koreya əsilli kanadalı sənətçi Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" adlı fərdi sərgilərinin geyim kolleksiyalarını və onların yaradıcılıq tarixini araşdırmaq və öz modalarını kəşf etmək imkanı qazanacaqlar. Düşərgədə bütün təlimlər Azərbaycan dilində keçiriləcək.
Balaca iştirakçılar 5 gün ərzində iki irimiqyaslı sərgi ilə tanış olmaqla yanaşı, moda sənətinin tarixi, eskiz çəkmə qabiliyyəti və podium hərəkətlərini öyrənmək şansı əldə edəcəklər. Düşərgənin sonunda iştirakçılar hazırladıqları geyimləri moda axşamı podiumda nümayiş etdirəcəklər.

 

Mədəniyyət 2019-08-12 00:57:00