×
A
A
A
Sazlamalar

Bu gün Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub

Bakı, 11 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin avqustun 11-i saat 15:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub.
AZƏRTAC xəbər verir ki, Neft Daşlarının hidrometeoroloji stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlü 6 metrə çatıb.
Axşama küləyin tədricən səngiməsi gözlənilir.

 

Ekologiya 2019-08-11 16:47:00