×
A
A
A
Sazlamalar

Zaqatala rayonunda 4.3 maqnituda gücündə zəlzələ qeydə alınıb

Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 11-də Zaqatala stansiyasindan 16 kilometr cənub-qərbdə - Zaqatala ərazisində 4.3 maqnituda gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:29-da qeydə alınıb.
Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ekologiya 2019-08-11 08:00:00