×
A
A
A
Sazlamalar

Hərbi birlikdə gənc zabitlərlə toplanış keçirilib

Bakı, 10 avqust, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Beyləqan qarnizonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində ehtiyat zabit hazırlığı kursunu və hərbi tibb fakültəsini yeni bitirmiş gənc zabitlərlə toplanış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənc zabitlərin bilik səviyyəsinin artırılması və praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə toplanış ərəfəsində keçirilən məşğələlərin sonunda məqbullar qəbul edilib.
Toplanışın yekununda birlik komandanlığının gənc zabitlərlə görüşü keçirilib, onlara tövsiyə və tapşırıqlar verilib.
Daha sonra toplanış məşğələlərində ən yaxşı nəticə göstərmiş gənc zabitlər birlik komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib, xidmətdə onlara uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkdirilib.

Ordu 2019-08-10 15:53:00