Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Akademik İsa Həbibbəylinin 70 illik yubileyi qeyd olunacaq

Bakı, 10 avqust, AZƏRTAC 

Akademik İsa Həbibbəylinin elmi əsərlərinin biblioqrafiyası hazırlanacaq və nəşr ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında alimin əsərlərinin sərgisi təşkil olunacaq və elektron məlumat bazasında səhifəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu, akademik İsa Həbibbəylinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin verdiyi qərarda əks olunub.
Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. İsa Həbibbəyli Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına sanballı töhfələr vermiş görkəmli alimlərdəndir.

Elm və təhsil 2019-08-10 14:07:00