×
A
A
A
Sazlamalar

Vladivostokda qısametrajlı filmlərin festivalı keçiriləcək

Bakı, 10 avqust, AZƏRTAC

Rusiyanın Vladivostok şəhərində açıq havada qısametrajlı film müsabiqəsi keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, festivalda 10 film nümayiş olunacaq.
Məlumatda bildirilib ki, filmlərə baxdıqdan sonra tamaşaçılar öz fənərlərinin işığı ilə üç ən yaxşı filmə səs verəcəklər. Daha çox işıq sayı qazanan film qalib sayılacaq.
Filmlərin xronometrajı 20 dəqiqəni keçmir. Bütün filmlər Rusiya istehsalıdır. Bazar günü isə tamaşaçılar keçmiş müsabiqələrin qalibi olan filmləri izləmək şansı əldə edəcəklər.

 

Teatr və kino 2019-08-10 13:14:00