Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UNEC-ə qəbul olunan abituriyentlərin nəzərinə

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlərin qeydiyyatı və sənədlərin qəbulu avqustun 15-dən 27-dək aparılacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır. Qeydiyyat UNEC-in 2 saylı tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metro stansiyalarının yaxınlığında) təşkil olunur.
Abituriyentlər tələb olunan sənədləri həftənin I-V günləri saat 9-dan 17-dək təqdim etməlidirlər.

Elm və təhsil 2019-08-10 12:28:00