×
A
A
A
Sazlamalar

Sahibkarlıqla məşğul olmaq istəyən fiziki şəxs vergi uçotuna durmalıdır

Bakı, 9 avqust, AZƏRTAC

Fiziki şəxs vergi orqanından VÖEN-ni almadan hər hansı bir şirkətə və ya fiziki şəxsə xidmət göstərə bilərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş, gəlir, ƏDV və sair) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlidir.
Eyni zamanda, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi belə xidmətlərə görə isə həmin şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödənilən məbləğlərdən ödəmə mənbəyində vergini tutaraq büdcəyə köçürməyə borcludurlar.
Lakin, belə şəxslərə ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulması həmin şəxsləri yuxarıda qeyd edilən vəzifələrin yerinə yetirilməsindən və yerinə yetirilmədiyi halda vergi qanunvericiliyinin pozulmasına görə müəyyən edilmiş məsuliyyətdən azad etmir.

Maliyyə 2019-08-09 18:42:00