Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azəriqaz”ın xidmət sahələri bayram günlərində fəaliyyət göstərəcək

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 12-13-ü Qurban bayramı günlərində “Azəriqaz” İB-nin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qurumun inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.

Neft - qaz 2019-08-09 18:34:00