×
A
A
A
Sazlamalar

Rusiyalı nazir Yaponiya ilə “ağıllı şəhər” texnologiyalarını müzakirə edəcək

Bakı, 9 avqust, AZƏRTAC

Rusiya Federasiyasının Tikinti və Mənzil Kommunal Təsərrüfatı naziri Vladimir Yakuşev Yaponiyaya avqustun 14-nə planlaşdırdığı səfərdə “ağıllı şəhər” texnologiyası ilə bağlı müzakirə aparacaq.
AZƏRTAC Rusiyanın TASS agentliyinə istinadla bildirir ki, bu barədə nazir jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya-Yaponiya işçi qrupu çərçivəsində keçiriləcək görüşdə Voronej və Vladivostok şəhərlərinin iştirak etdiyi “ağıllı şəhər”lə bağlı pilot layihələr müzakirə olunacaq. Nazir onu da əlavə edib ki, Voronej şəhərində “ağıllı işıqfor” layihəsi uğurla icra edilib və bu qabaqcıl təcrübəyə ölkənin digər regionları da diqqət yetirməlidirlər.
Görüşə, həmçinin Rusiya regionlarının nümayəndələri də qatılacaq.
Qeyd olunub ki, “ağıllı şəhər” layihəsi Rusiyada 2018-ci ildən start götürüb.

 

Dünya 2019-08-09 18:01:00