×
A
A
A
Sazlamalar

Ukrayna Ali Radasının yeni tərkibdə ilk açılış sessiyası avqustun 29-da keçiriləcək

Kiyev, 9 avqust, AZƏRTAC
Ukrayna Ali Radasının yeni tərkibdə ilk təntənəli açılış sessiyası avqustun 29-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sessiya ilə bağlı yaradılan deputat qrupunun ilk iclasında qərar verilib.
İclasda parlamentin açılışı ilə bağlı bir neçə tarix, o cümlədən sentyabrın 29-u da təklif edilmişdi. Lakin deputat qrupunda daha çox təmsil olunan “Xalqın xidmətçisi” partiyasının deputatlarının səs çoxluğu ilə sessiya avqustun 29-na təyin olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-08-09 17:55:00