×
A
A
A
Sazlamalar

“Avaza”da velosipedlərin və elektrik sankalarının avtomatik kirayələnmə stansiyaları açılıb

Bakı, 9 avqust, AZƏRTAC

Türkmənistanda, “Avaza” milli turizm zonasında günəş enerjisi ilə işləyən velosipedlərin avtomatik kirayələmə stansiyaları açılıb.
AZƏRTAC “ORIENT” saytına istinadla xəbər verir ki, dəniz kurortuna baxış zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov istirahət edənlər üçün təşkil olunan bu xidmətlə tanış olub.
Bir neçə stansiya sutka ərzində fəaliyyət göstərən velosipedlərdən birgə istifadə sisteminə birləşdirilib. Bu, istifadəçilərə velosipedi bir “dok”dan götürüb digər “dok”a təhvil verməyə imkan yaradır.
Dok-stansiyalar velosipedləri bloklayan və yalnız kompüterin köməyi ilə buraxan xüsusi velosiped dayanacaqlarıdır. Sistemə girişi layihənin saytından, otelin dayanacağından və ya xüsusi mobil əlavədən əldə etmək mümkündür. İstifadəçi ödəmə məlumatını yerləşdirir, kompüter isə velosipedi blokdan çıxarır. O, velosipedi qaytararaq “dok”a yerləşdirir, “dok” isə yerindəcə onu qeydiyyata alır.
“VeloTex” telematik sistemi marşrutlar, orta və maksimal sürət, zərbə və yol-nəqliyyat qaydalarının pozulması barədə məlumatları toplamağa imkan verir. Sistem qənaətin yaxşılaşdırılması və elektrik enerjisi istehsal edən sistemə qoşulmaq sayəsində hətta ən adi (qeyri-elektrik) ictimai kirayə velosipedlərində əlavə yükləmə olmadan GLONASS treker qurğusundan istifadə etməyə imkan verir.
Elektrik sankalarının kirayəsi nisbətən yeni xidmət növüdür və bunun sayəsində istifadəçilər üçün xüsusilə maraqlı olacaq. Nəqliyyatın bu növünün üstünlüyü rahatlıq və yerdəyişmənin yüngüllüyüdür: pedalı fırlatmağa ehtiyac yoxdur, “qazı basma” vasitəsi sükanda yerləşir. Bir yüklənmədə sanka ilə 25 kilometr getmək mümkündür.
“Avaza”nın qonaqlarının rahatlığından ötrü sistemdən istifadə üçün müxtəlif növ ödənişlər nəzərdə tutulub: otelin qeydiyyat şöbəsində nağd və ya kartla qabaqcadan yaxud sonradan ödənişlər; mobil əlavədə bank kartı vasitəsilə ödənişlər.

Dünya 2019-08-09 17:35:00