Ailəsi ilə dövlət hesabına səyahət edən Polşa Seyminin sədri istefa verib
Bakı, 9 avqust, AZƏRTAC
Ailəsi ilə birlikdə hökumət təyyarələri və helikopterlərində dövlət hesabına səyahət edən və bunun mətbuatda böyük qalmaqala səbəb olmasından sonra çətin vəziyyətə düşən Polşa Seyminin aşağı palatasının sədri Marek Kuxçinski istefa verib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin üzvü Malqojata Kidava-Blonskaya məlumat verib.
Polşa qanunlarına görə, Seymin spikeri Prezidentdən sonra ölkənin ikinci vəzifəli şəxsidir. O, səsvermə yolu ilə deputatlar tərəfindən seçilir. Kuxçinski bu vəzifəni 2015-ci ildən – onun təmsil olunduğu “Qanun və ədalət” partiyasının növbəti parlament seçkilərində qalib gəlməsindən bəri tuturdu.
Qeyd olunub ki, parlamentin spikerinin istefasından sonra onun vəzifələrini ən yaşlı vitse-spiker yerin yetirəcək. Artıq bu gün Seymin yeni sədrinin seçiləcəyi gözlənilir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır