×
A
A
A
Sazlamalar

Azərbaycan hərbçilərinin “Tank biatlonu” müsabiqəsinin yarımfinalındakı rəqibləri məlum olub

Bakı, 9 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyənləşib.
Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionun ikinci qrupundakı rəqibləri Çin, Qazaxıstan və Serbiya heyətləridir.

Ordu 2019-08-09 17:04:00