×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar

Bakı, 9 avqust, AZƏRTAC 

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Hərbi Liseydə keçirilən yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək ali hərbi təhsil almaq hüququ qazanan kursantlara uğurlar arzulayıb.
Bildirilib ki, 56 kursantla fəaliyyətə başlayan hərbi liseyin 3 mindən artıq məzunu ötən dövrdə ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olunublar.
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.
Sonra gələcəyin zabitlərinin təntənəli keçidi olub. Beləliklə də ali hərbi təhsil almaq hüququ qazanan kursantlar Bakı şəhərinə yola salınıblar.

Ordu 2019-08-09 16:16:00