×
A
A
A
Sazlamalar

Fəaliyyətini bərpa etmək istəyən fiziki şəxs hara müraciət etməlidir?

Bakı, 9 avqust, AZƏRTAC 

Fəaliyyətini bir müddət dayandıran fiziki şəxs onu yenidən bərpa etmək istəyirsə, hara müraciət etməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, fiziki şəxs fəaliyyətini müvəqqəti dayandırdığı halda, onu aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya başqa təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış”ı təqdim etməlidir.
Həmçinin gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirmək mümkündür.
Eyni zamanda, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olan vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergiödəyicilərinin xidmət mərkəzinə müraciət edilməlidir.

Maliyyə 2019-08-09 14:48:00