×
A
A
A
Sazlamalar

Pakistanın keçmiş Baş Nazirinin qızı həbs edilib

Bakı, 9 avqust, AZƏRTAC 

Pakistanın həbsxanada olan keçmiş Baş Naziri Nəvaz Şərifin qızı və ana müxalifət partiyasının sədr müavini Məryəm Nəvaz korrupsiya ittihamı ilə saxlanılıb. O ilkin mərhələdə 12 gün müddətinə həbs edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, polisə ifadə verməyə getməyən Məryəm Nəvaz bu gün hakim qarşısına çıxarılıb. O və ailəsi qeyri-qanuni yollarla əldə etdikləri külli miqdarda vəsaiti Çaudri şəkər zavodlarına xarici investor adı ilə yatırmaqda ittiham olunurlar. Məryəm Nəvaz bütün ittihamları rədd edir.

Dünya 2019-08-09 14:47:00